çinin "Bejing Qoan" klubu baş məşqçisi Slaven Biliçlə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
 
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Xorvatiyadan olan 53 yaşlı mütəxəssis 2021-ci ilin yanvarından sözügedən komandaya rəhbərlik edirdi. Onun komandası geridə qalan mövsümün 5-ci pillədə başa vurub.
 
Slaven Biliçin adı son dövrlərdə Türkiyənin "Beşiktaş" və "Fənərbaxça" klubları ilə də birgə hallanır. O, vaxtilə "Beşiktaş"a rəhbərlik edib. Xorvatiya yığmasını da çalışdırmış mütəxəssis, ölkəsində "Hayduk"a, Rusiyada "Lokomotiv"ə (Moskva), İngiltərdə "Vest Hem" və "Vest Bromviç"ə, Səudiyyə Ərəbistanında "Əl-İttihad"a rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest