Futbol üzrə Almaniya Bundesliqasında 18-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.
 
Dörd qolun qeydə alındığı "Bayer" - "Union Berlin" və "Frayburq" - "Arminiya" matçlarında qalib müəyyənləşməyib. "Qroyter" - "Ştutqart" görüşü də heç-heçə bitib.
 
"Leypsiq" doğma meydanda "Maynts"ı böyük hesabla məğlub edib. "Hoffenhaym" da "Auqsburq"u məğlub yola salıb.
 
Dortmund "Borussiya"sı isə çətin "Ayntraxt" (Frankfurt) səfərindən əzmkar qələbə ilə dönüb.
 
Almaniya Bundesliqası
18-ci tur
7 yanvar
 
Bayern – Borussiya (Mönhenqladbax) 1:2
Qol: Levandovski, 18 – Noyhaus, 27. Layner, 31.
 
8 yanvar
 
Bayer – Union Berlin 2:2
Qol: Şik, 38. Ta, 84 – Promel, 45; 50.
 
Qroyter – Ştutqart 0:0
 
Leypsiq – Maynts 4:1
Qol: A.Silva, 21-pen; 61. Soboslai, 47. Nkunku, 58 – Li, 57.
 
Frayburq – Arminiya 2:2
Qol: Haberer, 6. Yonq, 46 – Okuqava, 60. Lasme, 87.
 
Hoffenhaym – Auqsburq 3:1
Qol: Bebu, 38; 44. Raum, 90+3 – Qreqoritş, 5.
 
Ayntraxt – Borussiya (Dortmund) 2:3
Qol: Borre, 15; 24 – Hazard, 71. Bellingem, 87. Dahud, 89.
 
9 yanvar
 
18:30. Herta – Köln
20:30. Bohum – Volfsburq

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest