İngiltərənin "Aston Villa" klubu hücumçusu Uesli ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 25 yaşlı forvardı Braziliyanın "İnternasional" klubuna icarəyə verib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Braziliyalı futbolçu qarşıdakı bir ili "İnternasional"da keçirəcək.
 
Uesli 2019-cu ilin yayından "Aston Villa"da çıxış edir. O, cari mövsümün ilk dövrəsini Belçikanın "Brügge" klubunda icarədə keçirib.
 
Braziliyalı hücumçu "Aston Villa"dan öncə "İtabuna" və "Trençin"də də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest