Futbol üzrə İspaniya La Liqasında 20-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
 
Turun açılış matçında "Levante" doğma meydanda "Malyorka"nı qəbul edib və inamlı qələbəyə sevinib. "Real Sosyedad" "Selta" ilə üz-üzə gəlib və minimal hesabla qalib gəlib. "Barselona" isə səfərdə "Qranada"nın qonağı olub. Kataloniya təmsilçisi turu heç-heçə ilə başa vurub.
 
Turun mərkəzi görüşü Madriddə keçirilib. "Real" burada "Valensiya" ilə qarşılaşıb və darmadağınla qalib gəlib.
 
Madridin "Atletiko" komandasının bu turdakı rəqibi isə "Vilyarreal" olacaq.
 
İspaniya La Liqası, 20-ci tur
 
8 yanvar
 
Levante – Malyorka 2:0
Qol: Soldado, 47. Morales, 90+7.
 
Real Sosyedad – Selta 1:0
Qol: Oyarzabal, 13.
 
Qranada – Barselona 1:1
Qol: Puertas, 89 – De Yonq, 57.
 
Real – Valensiya 4:1
Qol: Benzema, 43; 88. Vinisius, 52; 61 – Qedeş, 76.
 
9 yanvar
 
17:00. Rayo Valyekano – Betis
19:15. Sevilya – Xetafe
21:30. Alaves – Atletik
21:30. Osasuna – Kadis
00:00. Vilyarreal – Atletiko
 
10 yanvar
 
00:00. Espanyol – Elçe

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest