Renat da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının 71-ci dəqiqədə vurduğu yeganə qolun məhsuldar ötürməsini də məhz Dadaşov verib. Xatırladaq ki, o, ötən tur da məhsuldar ötürmə müəllifi olmuşdu.

Futbol üzrə Portuqaliya çempionatında 17-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi "Tondela" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Boavişta" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Renat da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının 71-ci dəqiqədə vurduğu yeganə qolun məhsuldar ötürməsini də məhz Dadaşov verib. Xatırladaq ki, o, ötən tur da məhsuldar ötürmə müəllifi olmuşdu.
 
"Tondela" 17 turdan sonra 16 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest