Türkiyə Kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Matç.az saytının məlumatına görə, bu gün mərhələnin son oyunu keçirilib.

Səfərdə "Boluspor"u 1:0 hesabı ilə məğlub edən "Qalatasaray" doğma arenasında böyükhesablı qələbəyə sevinib. 18 yaşlı Yunus Akgünün het-trik etdiyi qarşılaşmada boluluların heyətində Azərbaycan millisinin üzvü Ufuk Budak da iştirak edib. 90 dəqiqəni əvəz edilmədən keçirən Ufuk 77-ci dəqiqədə sarı vərəqə almaqla yadda qalıb.

Beləliklə, "Akhisar", "Göztəpə", "Yeni Malatyaspor", "Hatayspor", "Trabzonspor", "Kasımpaşa" və "Umraniyespor"dan sonra "Qalatasaray" da adını 1/4 finala yazdırıb.

 

Türkiyə Kuboku

1/8 final

"Qalatasaray" - "Boluspor" - 4:1

Yunus Akgün, 19, 69, 78 (pen.), Muğdat çelik, 33 - Bentli, 80 (pen.)

İlk oyun - 1:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest