"Bayern"in hücumçusu Robert Levandovski Polşada 2021-ci ilin idmançısı seçilib. Matc.az xəbər verir ki, 33 yaşlı futbolçu "Przeglad Sportowy" nəşrinin keçirdiyi sorğunun nəticəsinə əsasən, ötən ilin ən yaxşı idmançısı adına layiq görülüb.
 
Levandovski karyerası ərzində 3-cü dəfə Polşada ilin idmançısı seçilib. O, daha əvvəl 2015 və 2020-ci illərdə bu mükafatı qazanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest