İtaliya A Seriyasında son zamanlar ölkədə koronavirusa yoluxma hallarının artması səbəbindən yeni məhdudiyyətlər tətbiq olunub.
 
Matc.az xəbər verir ki, qəbul edilən qərara əsasən, yanvarın sonuna qədər çempionat matçlarına 5 min azarkeş buraxılacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
 
İtaliya A Seriyasında bu gün 21-ci turun matçları keçiriləcək. Yeni məhdudiyyətlər 22-ci turdan etibarən tətbiq olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest