İspaniyanın "Alaves" klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi "Valensiya"dan Xason Remeseyro ilə "Latsio"dan Qonsalo Eskalanteni transfer edib.
 
Bu barədə "Alaves"in rəsmi saytı məlumat yayıb. Xason Remeseyro ilə müqavilə 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Qonsalo Eskalante isə bu mövsümün sonuna kimi icarəyə götürülüb.
 
Remeseyro 2019-cu ildən "Valensiya"da çıxış edirdi. İspaniyalı vinger bu mövsüm La Liqada cəmi 5 oyuna çıxıb. 27 yaşlı futbolçu əvvəllər "Levante", "Vilyarreal" və "Albasete"də də forma geyinib.
 
Eskalante isə 2020-ci ildən "Latsio"nun uğurları üçün çalışır. Argentinalı yarımmüdafiəçi əvvəllər "Boka Xuniors", "Kataniya" və "Eybar"da çıxış edib.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest