Futbol üzrə Afrika Millətlər Kubokuna start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
 
Turnirin açılış matçında Kamerun və Burkina Faso yığmaları üz-üzə gəlib. üç qolun qeydə alındığı matçda kamerunlular qələbə qazanan tərəf olub.
 
Günün digər matçında Efiopiya ilə Kapo Verde yığmaları üz-üzə gəlib. Qarşılaşma Kapo Verdenin qələbəsiylə başa çatıb. Yeri gəlmişkən, "Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade də bu görüşün iştirakçısı olub. Kapo Verdedən olan futbolçu 76-cı dəqiqədə meydana buraxılıb.
 
Afrika Millətlər Kuboku
A qrupu
9 yanvar
 
Kamerun – Burkina Faso 2:1
Qol: Abubakar, 40-pen; 45+3 – Sanqare, 24. 
 
Efiopiya – Kapo Verde 0:1
Qol: Tavares, 45+1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest