Futbol üzrə Fransa çempionatında 20-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, sonuncu oyun günündə daha beş qarşılaşma baş tutub.
 
"Brest" doğma meydanda "Nitsa"ya, "Mets" isə "Strasburq"a məğlub olub. 
 
"Klermon" - "Reyms" və "Nant" - "Monako" matçlarında qapılara qol vurulmayıb.
 
PSJ isə bu turda Lion "Olimpik"inin qonağı olub. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.
 
Bu tur keçirilməli olan "Anje" – "Sent-Etyen", "Lill" – "Loryan" və "Monpelye" – "Trua" matçları komandaların heyətlərində koronavirusa yoluxma hallarının artması səbəbindən təxirə salınıb.
 
Fransa Liqa 1
20-ci tur
7 yanvar
 
Bordo – Olimpik (Marsel) 0:1
Qol: C.ündər, 37.
 
8 yanvar
 
Lans – Renn 1:0
Qol: Said, 89.
 
9 yanvar
 
Brest – Nitsa 0:3
Qol: Dolberq, 13. Delor, 79. Quiri, 90+3.
 
Klermon – Reyms 0:0
 
Mets – Strasburq 0:2
Qol: Ayorke, 50. Aholu, 90+1.
 
Nant – Monako 0:0
 
Olimpik (Lion) – PSJ 1:1
Qol: Paketa, 7 – Kehrer, 76.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest