Futbol üzrə İspaniya La Liqasında 20-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha beş qarşılaşma baş tutub.
"Rayo Valyekano" – "Betis" matçında qalib müəyyənləşməyib. "Alaves" - "Atletik" görüşündə isə ümumiyyətlə qapılara qol vurulmayıb.
"Sevilya" doğma meydanda "Xetafe"ni minimal hesabla üstələyib. "Osasuna" da "Kadis"i məğlub yola salıb.
Madridin "Atletiko" komandasının bu turdakı rəqibi isə "Vilyarreal" olub. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
İspaniya La Liqası
20-ci tur
8 yanvar
Levante – Malyorka 2:0
Qol: Soldado, 47. Morales, 90+7.
Real Sosyedad – Selta 1:0
Qol: Oyarzabal, 13.
Qranada – Barselona 1:1
Qol: Puertas, 89 – De Yonq, 57.
Real – Valensiya 4:1
Qol: Benzema, 43; 88. Vinisius, 52; 61 – Qedeş, 76.
9 yanvar
Rayo Valyekano – Betis 1:1
Qol: Balliu, 70 – Kanales, 45+2.
Sevilya – Xetafe 1:0
Qol: Mir, 22.
Alaves – Atletik 0:0
Osasuna – Kadis 2:0
Qol: Budimir, 38. Barxa, 48.
Vilyarreal – Atletiko 2:2
Qol: Torres, 29. Moreno, 58 – Korrea, 10. Kondoqbia, 67.
10 yanvar
00:00 Espanyol – Elçe