İngiltərənin "Nyukasl" klubu ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin hücumçusu Kallum Uilson uzun müddətə sıradan çıxıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Premyer Liqanın 19-cu turu çərçivəsində baş tutan "Mançester Yunayted"dlə oyunda (1:1) zədə alan ingilis futbolçunun bir müddət komandasına kömək edə bilməyəcəyi müəyyənləşib. Belə ki, 29 yaşlı futbolçu azı 8 həftə yaşıl meydanlardan kənarda qalacaq.
 
Kallum Uilson 2020-ci ildən "Nyukasl"da çıxış edir. O, bu mövsüm meydana çıxdığı 15 oyunda 6 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest