"Mənə görə dünyanın ən yaxşı futbolçusu Lionel Messidir. Amma belə mükafatlar bir illik çıxışa əsasən verilir. Bu mənada Levandovski performans baxımından keçən il ən yaxşı idi. Ötən ilin ən yaxşı xorvat futbolçusu isə Luka Modriç idi".

"Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiç dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb.
 
Matc.az xəbər verir ki, Ozobiç Xorvatiya mətbuatına müsahibəsində PSJ-nin oyunçusu Lionel Messinin ən yaxşı olduğunu söyləyib. O, "qızıl top" mükafatına isə "Bayern"in hücumçusu Robert Levandovskinin layiq olduğunu bildirib:
 
"Mənə görə dünyanın ən yaxşı futbolçusu Lionel Messidir. Amma belə mükafatlar bir illik çıxışa əsasən verilir. Bu mənada Levandovski performans baxımından keçən il ən yaxşı idi. ötən ilin ən yaxşı xorvat futbolçusu isə Luka Modriç idi".
 
ötən ilin dekabrında verilən "qızıl top" mükafatını Messi qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest