"Liverpul"un baş məşqçisi Yurgen Klopp koronavirusdan sağalıb. Matc.az xəbər verir ki, bu barədə alman mütəxəssis özü açıqlama verib. O, hazırda özünü yaxşı hiss etdiyini söyləyib:
 
"Bunu deyə bilərəm ki, yaxşıyam və işimə qayıtmaq üçün səbirsizlənirəm. Koronavirusa qarşı peyvənd olduğum üçün xəstəliyi çətin keçirmədim. Tanrıya çox şükür. Əvvəlcə özümü yaxşı hiss etməsəm də, vəziyyət düzəldi. Bu, peyvəndin sayəsində oldu. Peyvəndin bir neçə dozasını qəbul etmişəm və bu, sağalmağıma kömək oldu".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest