İtaliyanın "Cenoa" klubunda baş məşqçi Andrey Şevçenko ilə yollar ayrıla bilər. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisinin rəhbərliyi komandanın çıxışından narazıdır.
 
Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Şevçenkonun yaxın zamanda istefaya göndəriləcəyi bildirilib.
 
Ukraynalı mütəxəssis 2021-ci ilin noyabrından "Cenoa"nı çalışdırırdı. Komanda onun rəhbərliyi altında keçirdiyi 10 matçda 1 qələbə qazanıb, 6 dəfə məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest