PSJ-nin zədəli hücumçusu Neymar Parisə qayıdıb. Matc.az xəbər verir ki, braziliyalı futbolçu bərpa dövrünü vətənində keçirirdi.
 
Bu gün isə o, Fransaya gəlib. Yerli mətbuatın yazdığına görə, son bərpa prosesi klubun bazasında baş tutacaq. 29 yaşlı hücumçunun yaşıl meydanlara dəqiq nə vaxt qayıdacağı hələ bilinmir.
 
Xatırladaq ki, Neymar Fransa Liqa 1-in 15-ci turu çərçivəsində noyabrın 28-də "Sent-Etyen"ə qarşı keçirilən səfər matçında (3:1) zədələnmişdi. Həmin vaxt onun fevrala qədər komandaya kömək edə bilməyəcəyi açıqlanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest