"Neftçi"nin yarımmüdafiəçisi Sabir Burqirinin Tunisin "Esperans" klubuna keçidi rəsmiləşib. Matc.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
 
26 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 3.5 illik müqavilə bağlayıb.
 
Buqrin 2020-ci ilin iyulundan "Neftçi"də çıxış edirdi. O, bu mövsüm Azərbaycan Premyer Liqasında 12 oyuna çıxmışdı. "Neftçi"nin bu transferdən 300 min avro qazandığı bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest