İspaniyanın "Kadis" klubunda baş məşqçi Alvaro Servera ilə yollar ayrılıb. Matc.az xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
 
56 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
 
"Kadis" La Liqada 19-cu sıradadır. Komanda çempionatda ötən ilin noyabrından qələbə qazana bilmir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest