Almaniyanın "Borussiya" (Dortmund) klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi İtaliya "Sampdoriya"sından Filippo Maneni transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 16 yaşlı müdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
 
Mane "Sampdoriya"nın U-19 komandasında çıxış edirdi. Seneqal əsilli müdafiəçi İtaliyanın U-17 yığmasına dəvət alır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest