"Neftçi" heyətinə yeni qapıçı cəlb etmək istəyir. Matc.az xəbər verir ki, Aqil Məmmədovun əməliyyat olunmasından sonra Kamran İbrahimovun ümidinə qalan bakılıların əsas transfer hədəfi Aydın Bayramovdur.
 
"Sumqayıt"ın qolkiperini heyətə qatmaq istəyən bakılılar qarşı tərəfdən razılıq gözləyir. Tərəflər hazırda maliyyə şərtlərini müzakirə edirlər. Belə ki, "Sumqayıt" qapıçısına görə müəyyən məbləğ tələb etsə də, "Neftçi" bu məbləğin azaldılmasına nail olmaq istəyir. Yaxın günlərdə bu məsələyə tam aydınlıq gəlməsi gözlənilir.
 
Aydın Bayramov 2019-cu ildən "Sumqayıt"da çıxış edir. O, Azərbaycan millisinə də dəvət alır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest