İspaniyanın "Barselona" klubu heyətini yeni qapıçı ilə gücləndirmək niyyətindədir. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi "Rayo Valyekano"dan Stole Dimitrievskini transfer etmək istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
 
"Barselona" artıq Şimali Makedoniyadan olan qapıçı ilə razılıq əldə edib. Stolenin keçidi yaxın zamanda rəsmən açıqlanacaq.
 
28 yaşlı futbolçu bu mövsüm La Liqada 18 oyunda 14 qol buraxıb. Dimitrievski ölkəsinin yığmasına da dəvət alır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest