Türkiyənin "Qalatasaray" komandasının yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə klubun prezidenti Burak Elmas açıqlama verib.
 
O, ispaniyalı Domenek Torrenlə anlaşdıqlarını bildirib. 60 yaşlı mütəxəssisin yaxın günlərdə Türkiyəyə gələrək müqavilə imzalayacağı açıqlanıb.
 
"Bayern" və "Mançester Siti" klublarında Xosep Qvardiolanın köməkçisi olmuş Torren, "Qalatasaray"da iki gün öncə istefaya göndərilmiş Fatih Terimi əvəz edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest