"Sumqayıt"la yanaşı, Premyer Liqa klublarımızdan daha ikisi bu gün Türkiyəyə yollanıb. Söhbət "Qarabağ" və "Sabah"dan gedir. Özü də bu iki komanda Antalya şəhərinə bir təyyarədə yola düşüb. Bakı-Antalya hava reysi ilə səfərə çıxan komandaların təlim-məşq toplanışları da eyni gündə - yanvarın 26-da başa çatacaq.

"Sumqayıt" çempionatın ikinci yarısına hazırlıq məqsədi ilə bu gün Türkiyənin Antalya şəhərinə yola düşüb. Matc.az xəbər verir ki, yanvarın 12-dən 23-dək Lara bölgəsindəki "Aska Resort" otelində məskunlaşacaq olan komanda 16, 19 və 22 yanvar tarixlərində 3 yoxlama oyunu keçirəcək. Rəqiblərin kimliyi hələ dəqiqləşməyib.
 
"Sumqayıt"la yanaşı, Premyer Liqa klublarımızdan daha ikisi bu gün Türkiyəyə yollanıb. Söhbət "Qarabağ" və "Sabah"dan gedir. özü də bu iki komanda Antalya şəhərinə bir təyyarədə yola düşüb. Bakı-Antalya hava reysi ilə səfərə çıxan komandaların təlim-məşq toplanışları da eyni gündə - yanvarın 26-da başa çatacaq.
 
Premyer Liqa təmsilçilərindən "Zirə" və "Neftçi" daha öncə Antalyaya yollanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest