İspaniya Kral Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. Matç.az saytının məlumatına görə, bu gün ilk yarımfinalçı müəyyənləşib.

"Xetafe"yə səfərdə 0:1 hesabı ilə yenilən "Valensiya" doğma azarkeşləri önündə bunun revanşını alıb. Hesabda geri düşən "yarasalar"ı yarımfinala Rodriqonun het-triki çıxarıb. Onun, xüsusən də, son dəqiqələrdə vurduğu 2 qol "Xetafe"nin ümidlərinin üstündən xətt çəkib.

 

İspaniya Kral Kuboku

1/4 final, cavab oyunu

"Valensiya" - "Xetafe" - 3:1

Rodriqo, 61, 90+2, 90+3 - Molina, 1

İlk oyun - 0:1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest