"Qarabağ" klubu Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvilini heyətinə qatıb. Matc.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
"Köhlən atlar" 23 yaşlı qolkiperi Polşanın "Yagelloniya" klubundan mövsümün sonunadək icarəyə götürüb. Quqeşaşvilinin icarə müqaviləsi başa çatdıqdan sonra onun transfer hüququnu əldə etmək səlahiyyəti Ağdam klubuna məxsusdur.
 
Son olaraq icarə əsasında ölkəsinin "Dila" klubunda çıxış etmiş Quqeşaşvili müqavilə ilə Polşa "Yagelloniya"sına məxsusdur. O, bu komandanın heyətində heç bir oyuna çıxmayıb. ölkəsində Tbilisi "Dinamo"sunun da formasını geyinmiş qapıçı Polşada "Podlyasye", İspaniyada isə "Qranada"nın B komandasında oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest