İspaniyanın "Kadis" klubunda baş məşqçi təyinatı gerçəkləşib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisinin "sükan"ı Serxio Qonsalesə tapşırılıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 45 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb.
 
Serxio Qonsales "Kadis"in baş məşqçisi postunda dünən istefaya göndərilən Alvaro Serveranı əvəz edib.
 

 

Komanda La Liqada 20 matçda topladığı 14 xalla 19-cu yerdə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest