"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi olan Marsel "Olimpik"i heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır. Matc.az xəbər verir ki, Fransa təmsilçisi son klubu çin "Beytsin Qoan"ı olan Sedrik Bakambu ilə razılaşıb.
 
Bu barədə İtaliya mətbuatı məlumat yayıb. 30 yaşlı hücumçu yaxın zamanda Marsel klubu ilə rəsmi müqavilə imzalayacaq.
 
Bakambu "Beytsin Qoan"dan əvvəl İspaniyada "Vilyarreal", Türkiyədə "Bursaspor", Fransada "Soşo" klubunda çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest