"Ayaks"ın futbolçusu David Neres karyerasını Ukraynada davam etdirəcək. Matc.az xəbər verir ki, 24 yaşlı hücumçu "Şaxtyor"la razılaşıb.
 
Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Neres yaxın zamanda "Şaxtyor"la müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalayacaq.
 
Donetsk təmsilçisi braziliyalı oyunçu üçün "Ayaks"a 18 milyon avro ödəyəcək.
 
Neres bu mövsüm "Ayaks"la 22 oyunda 4 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest