Almaniyanın "Bayern" klubu yarımmüdafiəçisi Kinqsli Komanla müqavilənin müddətini artırıb. Matc.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
25 yaşlı vingerin yeni sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulub. Fransalı oyunçunun əvvəlki müqaviləsinin müddəti 2023-cü ildə başa çatmalı idi.
 
Qeyd edək ki, Kinqsli Koman 2015-ci ildən "Bayern"də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest