"Real" futbolçusu Luka Modriçin müqaviləsinin müddətini artıracaq. Matc.az xəbər verir ki, Madrid təmsilçisi yeni müqavilə şərtlərində xorvatiyalı yarımmüdafiəçi ilə razılığa gəlib. Bu barədə AS nəşri məlumat yayıb.
 
Modriç "Real"la müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalayacaq. O, yeni sözləşmə ilə hazırkı maaşından 10 faiz daha az qazanacaq.
 
36 yaşlı futbolçu 2012-ci ilin yayından "Real"da çıxış edir. O, bu mövsüm 20 oyunda 5 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest