Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutan "el-klasiko" məhsuldar alınıb. Dörd qolun qeydə alındığı əsas vaxtda qalib müəyyənləşməyib. Əlavə vaxtda daha bir qol vuran "Real" finala yüksəlib.

Futbol üzrə İspaniya Super Kubokuna start verilib. Matc.az xəbər verir ki, 4 komandanın iştirakı ilə keçirilən Super Kubokun ilk yarımfinal oyununda "Real" və "Barselona" üz-üzə gəlib.
 
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutan "el-klasiko" məhsuldar alınıb. Dörd qolun qeydə alındığı əsas vaxtda qalib müəyyənləşməyib. Əlavə vaxtda daha bir qol vuran "Real" finala yüksəlib.
 
Madrid təmsilçisinin həlledici görüşdəki rəqibi yanvarın 13-də keçiriləcək "Atletiko" - "Atletik" duelinin qalibi olacaq. Final qarşlaşması yanvarın 16-da keçiriləcək.
 
İspaniya Super Kuboku
Yarımfinal
12 yanvar
 
Barselona - Real 2:3
Qollar: De Yonq, 41. Fati, 83 - Vinisius, 25. Benzema, 72. Valverde, 98.
 
13 yanvar
 
23:00. Atletiko - Atletik

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest