Fransanın "Olimpik" (Marsel) klubunun yarımmüdafiəçisi Amin Harit Konfrans Liqasında "Qarabağ"a qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisinin rəsmi saytına danışan mərakeşli futbolçusu, Azərbaycan təmsilçisi ilə matç barədə bunları deyib:

"Qarabağ"ı bir neçə dəfə izləmişəm, xüsusilə də, çempionlar Liqasında. Bu turnirdə oynamaq heç vaxt asan deyil. "Qarabağ" oyuna acdır və bütün rəqiblərimiz kimi, yüz faiz gücünü ortaya qoyacaq. İlk oyun Fransada olacaq. Cavab matçına daha rahat çıxmaq üçün evdə rəqibdən güclü olmalıyıq.
 
Böyük və ya kiçik yarış yoxdur. Bəli, çempionlar Liqası ən nüfuzlusudur. Amma yenə də biz Konfrans Liqasını qazanmaq istəyirik".
 
"Qarabağ"la Marsel "Olimpik"i arasındakı ilk matç fevralın 17-də Fransada, cavab oyunu isə ayın 24-də Bakıda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest