"Qarabağ" növbəti transferini rəsmiləşdirib. Matc.az xəbər verir ki, Ağdam klubu portuqaliyalı yarımmüdafiəçi Leandro Andradeni heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu ilə müddəti 2025-ci il iyunun 30-dək olan müqavilə bağlanılıb.
 
Portuqaliyalı cinah yarımmüdafiəçisi Bolqarıstanın "çerno More" klubundan transfer edilib. O, yeni komandasında 15 nömrəli formanı geyinəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest