Futbol üzrə Seneqal milli komandasının iki futbolçusunda koronavirus aşkarlanıb. Matc.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, İdrissa Qeye (PSJ) və Fode Ballo-Turenin ("Milan") COVİD-19 testi pozitiv çıxıb.
 
Seneqal yığması Afrika Millətlər kubokunda sabah Qvineya ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest