İspaniyanın "Barselona" klubu icarə əsasında komandada çıxış edən Yusuf Dəmirlə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Türk əsilli avstriyalı yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu "Rapid" klubuna qayıdıb.
 
Yusuf Dəmir bu mövsümün əvvəlində transfer olunduğu "Barselona"nın heyətində cəmi 9 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest