İspaniyanın "Betis" klubunda yarımmüdafiəçi Nabil Fekirin müqaviləsinin müddəti uzadılıb. Matc.az xəbər verir ki, 28 yaşlı futbolçu ilə müddəti 2026-cı ilin yayına qədər olan sözləşmə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Fekir 2019-cu ilin yayından "Betis"də çıxış edir. O, bu mövsüm La Liqada 18 oyunda 4 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Fransa yığmasına da dəvət alan Fekir 2018-ci ildə bu komanda ilə dünya çempionatının qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest