"Mançester Yunayted"in yarımmüdafiəçisi Maruan Fellaini karyerasını çində davam etdirməyə hazırlaşır. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, Belçika millisinin üzvü "Şandun Lunen" klubundan təklif alıb.

"Şandun Lunen" 31 yaşlı orta sahə oyunçusuna həftəlik 365 min funt-sterlinq maaş ödəməyə hazırdı. Bu isə hazırda "qırmızı şeytanlar"dakı qazancından 120 min artıqdı. Britaniya klubunda heyət üzünə həsrət qalan oyunçu çinə köçməyin əleyhinə deyil.

Qeyd edək ki, Maruan Fellaininin "Mançester Yunayted"lə müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest