Almaniyanın "Bayern" klubunun futbolçusu Alfonso Deyvis koronavirusa yoluxduqdan sonra ürəyində problem yaranıb. Matc.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin baş məşqçisi Yulian Naqelsmann yerli mətbuata açıqlamasında deyib.
 
Naqelsmann 21 yaşlı müdafiəçinin koronavirusdan sağalmasına baxmayaraq, ürəyində problem yarandığı və bu səbəbdən bir müddət yaşıl meydanlardan uzaq qalacağını bildirib.
 
Deyvis bu mövsüm bütün turnirlər çərçivəsində 23 oyuna çıxıb. Kanadalı futbolçu bu görüşlərdə 6 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest