"Barselona" klubu futbolçusu Osman Dembeleni əsas komandadan kənarlaşdıra bilər. Matc.az xəbər verir ki, fransalı hücumçu klubla bu ay yeni müqavilə imzalamasa, əsas komandadan kənarlaşdırılacaq. Bu barədə Fransanın "Foot Mercato" nəşri məlumat yayıb.
 
Dembelenin "Barselona" ilə müqaviləsi yaya qədərdir. O, bu mövsüm 11 oyunda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest