"Real" İspaniya superkubokunun finalında "Atletik"i məğlub edərək, çempion olub. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Marselo "kral klubu"nda 23-cü titulunu qazanıb. O, bununla da "Real"la ən çox titul qazanan iki futbolçudan biri olub.
 
"Real"la ən çox kubok qazanan digər oyunçu isə keçmiş yarımmüdafiəçi Fransisko Gentodur.
 
Marselo 2007-ci ildən "Real"da çıxış edir. O, Madrid klubunda ən çox oyun keçirən legioner futbolçudur.
 
"Real" "Atletik"i Luka Modriç və Kərim Benzemanın qolları ilə 2:0 hesabıyla məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest