"Mançester Yunayted"in hücumçusu Ronaldo ilk sıraya Levandovskini layiq görüb. Portuqaliyalı futbolçu "Çelsi"dən Nqolo Kanteni 2-ci, Jorjinyonu isə 3-cü sıraya qoyub.

FİFA-nın "The Best" mükafatını qazanan Almaniyanın "Bayern" klubunun futbolçusu Robert Levandovskinin sorğuda kimlərə səs verdiyi bəlli olub. Matc.az xəbər verir ki, Polşa yığmasının kapitanı İngiltərənin "çelsi" klubunda çıxış edən yarımmüdafiəçi Jorjinyonu birinci yerə layiq görüb.
 
Levandovski Fransa PSJ-sinin hücumçusu Lionel Messini ikinci, İngiltərə "Mançester Yunayted"indən Kriştiano Ronaldonu isə üçüncü sırada göstərib.
 
Messi komanda yoldaşı Kilian Mbappeni sıralamada ilk pilləyə qoyub. Neymarı ikinci, "Real"dan Kərim Benzemanı isə 3-cü sıraya layiq görüb.
 
"Mançester Yunayted"in hücumçusu Ronaldo ilk sıraya Levandovskini layiq görüb. Portuqaliyalı futbolçu "çelsi"dən Nqolo Kanteni 2-ci, Jorjinyonu isə 3-cü sıraya qoyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest