"Neftçi"nin Antalya toplanışı çərçivəsində keçirəcəyi ikinci sınaq matçının başlanma saatı açıqlanıb. Matc.az xəbər verir ki, Polşanın "Visla" (Plotsk) klubu ilə yanvarın 19-da keçiriləcək yoxlama oyunu Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. Görüş "Neftçi" TV vasitəsilə canlı yayımlanacaq.
 
"Neftçi" Türkiyədəki ilk matçda Macarıstanın "Kişvarda" klubu ilə qarşılaşıb (2:2). Yanvarın 24-də keçirilməsi nəzərdə tutulan üçüncü oyundakı rəqib haqda əlavə məlumat veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest