"Real"ın keçmiş futbolçusu Fransisko Gento vəfat edib. Matc.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Gento 89 yaşında vəfat edib.
 
Keçmiş müdafiəçi 1953-1971-ci illər aralığında "Real"da çıxış edib. ümumilikdə o, komandanın heyətində 600 oyun keçirib və 182 qol vurub. Gento dünyada yeganə futbolçudur ki, 6 dəfə avrokubok qazanıb.
 
Gento "Real" tarixində ən çox – 23 titul qazanan iki futbolçudan biridir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest