Futbol üzrə İtaliya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
 
Əvvəlcə "Latsio" və "Udineze" komandaları qarşılaşıb. Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Paytaxt təmsilçisi əlavə vaxtda vurduğu yeganə qol sayəsində qələbəyə sevinən tərəf olub.
 
"Yuventus" isə "Sampdoriya" ilə münasibətlərinə aydınlıq gətirib. Turinlilər doğma meydanda darmadağına seviniblər.
 
Daha öncə "Atalanta", "Fiorentina" və "Milan" 1/4 finala vəsiqəni təmin etmişdi.
 
İtaliya kuboku
1/8 final
12 yanvar
 
Atalanta – Venetsiya 2:0
Qol: Muriel, 12. Mehle, 88.
 
13 yanvar
 
Napoli – Fiorentina 2:5
Qol: Mertens, 44. Petanya, 90+5 – Vlahoviç, 41. Biraqi, 57. Venuti, 105+1. Pyontek, 108. Male, 119.
 
Milan – Cenoa 3:1
Qol: Jiru, 74. Leao, 102. Salemakers, 112 – Estiqor, 17.
 
18 yanvar
 
Latsio – Udineze 1:0
Qol: İmmobile, 106.
 
Yuventus – Sampdoriya 4:1
Qol: Kuadrado, 25. Ruqani, 52. Dibala, 67. Morata, 77 – Konti, 63.
 
19 yanvar
 
20:30. Sassuolo – Kalyari
00:00. İnter – Empoli
 
20 yanvar
 
00:00. Roma – Leççe

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest