Mövsümün ikinci yarısına hazırlıqları yekunlaşdırmaq üzrə olan "Keşlə" daha bir futbolçu ilə yollarını ayırıb. Matç.az xəbər verir ki, paytaxt təmsilçisi Diallo Quidileye ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verib.

Mövsümün gedişində transfer olunan mavritaniyalı Bakı klubunun heyətində təxminən 4 ay keçirib. O, bu müddətdə 8 çempionat və 3 kubok matçına çıxıb. O, 11 oyunda qol hesabını aça bilməyib.

Qeyd edək ki, "Keşlə" afrikalı legionerədək Məmməd Quliyev, Ebrima Sohna, Bahodir Nəsimov, Georgios Georgiadis, Herve Tçami və Elnur Cəfərovla da yollarını ayırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest