Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" bu gün növbəti yoxlama matçına çıxıb. Matc.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv Polşanın "Visla" komandası ilə qarşılaşıb. Matçda hesabı "ağ-qaralar" açıblar. Yusuf Laval komandasını hesabda önə keçirib. Amma bakılılar 90-cı dəqiqədə bu üstünlüyü əldən veriblər.

"Visla"da Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyuk da çıxış edir. Polşa klubuna məhz "Neftçi"dən gedən futbolçu, sabiq komandası ilə oyunda da meydanda olub.

"Neftçi" Türkiyədəki ilk matçında Macarıstanın "Kişvarda" komandası ilə heç-heçə edib – 2:2.

Yoxlama oyunu
19 yanvar

Neftçi – Visla (Plotsk) 1:1

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest