İngiltərənin "Everton" klubunun müvəqqəti baş məşqçisi məlum olub. Matc.az xəbər verir ki, Mersisayd təmsilçisini qarşıdakı oyunlara Dankan Ferqyuson çıxaracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Bir müddət əvvəl istefaya göndərilən baş məşqçi Rafael Benitesin köməkçisi olan Ferqyuson daha əvvəl də – 2019-cu ildə "Everton"a müvəqqəti rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest