Bu mövsümün əvvəlindən "Legiya"da çıxış edən Mahir Emreli ötən ilin sonlarında azarkeşlərlə yaşadığı qalmaqaldan sonra Polşa klubunda qalmaq istəmir. Hazırda o, Varşava təmsilçisi ilə yollarını ayırmağa və azad agent statusu almağa çalışır.

Polşanın "legia.net" saytı azərbaycanlı hücumçu Mahir Emreli ilə bağlı sorğu aparır. Matc.az xəbər verir ki, azarkeşlərə ünvanlanan anketdə "Legiya" Mahir Emreli ilə bağlı nə etməlidir" deyə, sual ünvanlanıb.
 
Sorğuda iştirak edənlərin 60,34 faizi "Futbolçunun günahı üzündən müqaviləyə xitam vermək istəməsinə şikayət etməlidir" cavabını seçib. Fanatların 34,07-i faizi düşünür ki, "Legiya" Emrelinin başqa kluba keçməsinə razılıq verməlidir. Səs verənlərdən 5,59 faizi isə müqaviləyə xitam verilməsinin tərəfdarıdır.
 
Bu mövsümün əvvəlindən "Legiya"da çıxış edən Mahir Emreli ötən ilin sonlarında azarkeşlərlə yaşadığı qalmaqaldan sonra Polşa klubunda qalmaq istəmir. Hazırda o, Varşava təmsilçisi ilə yollarını ayırmağa və azad agent statusu almağa çalışır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest