Fransanın "Lill" klubunun futbolçusu Yusuf Yazıcı karyerasını Rusiyada davam etdirəcək. Matc.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi Moskva ÇSKA-sı ilə razılaşıb. Bu barədə Moskva klubunun mətbuat xidməti məlumat yayıb.

Fransanın "Lill" klubunun futbolçusu Yusuf Yazıcı karyerasını Rusiyada davam etdirəcək. Matc.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi Moskva çSKA-sı ilə razılaşıb. Bu barədə Moskva klubunun mətbuat xidməti məlumat yayıb.
 
Türkiyə millisinin də üzvü olan Yusuf mövsümün sonuna qədər çSKA-da icarədə çıxış edəcək. Moskva klubu yayda 12 milyon avro ödəməklə, 24 yaşlı futbolçunun transfer hüquqlarına sahib ola bilər.
 
çSKA Yusufun transferi ilə bağlı qalmaqallı paylaşımı ilə də diqqət mərkəzinə düşüb. Moskva təmsilçisinin "Twitter" səhifəsində paylaşılan videoda 25 yaşlı yarımmüdafiəçi ilə "İnstaqram"da yazışma səhnəsi əks olunub. Videoda Yazıcının əvvəlcə klubun çoxsaylı mesajlarına cavab vermədiyi, yalnız "Yusuf, bura Rusiyadır, bizdə nataşalar çoxdur" ismarıcından sonra "Yoldayam, 5 dəqiqəyə çatıram" yazdığı göstərilib.
 
Reaksiyalardan sonra videonu silən çSKA daha sonra üzrxahlıq mesajı yayımlayıb. Klub televiziyasının redaktoru Katerina Kirilçeva bildirib ki, qısa müddətdə senari yazmalı olduğu üçün ağlına bu cür ideya gəlib: "Bu yersiz, uğursuz və bir qədər də təhqiredici videoya görə həm ictimaiyyətdən, həm də Yusufun özündən üzr istəyirəm".
 
Baş verənlərdən sonra çSKA bu qalmaqala səbəb olan əməkdaşlarının işdən çıxarıldığını bəyan edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest